Zakir Fəxrinin “Şeirlər” kitabı müəllifinə təqdim olunub

Zakir Fəxrinin “Şeirlər” kitabı müəllifinə təqdim olunub
# 03 aprel 2018 11:14 (UTC +04:00)

Azərbaycanın tanınmış şairi Zakir Fəxrinin “Şeirlər” (“Poems”) kitabı işıq üzü görüb.

Şairin 70 illik yubileyi və Azərbaycan Tərcümə Mərkəzinin, milli ədəbiyyatın dünyada tanıdılması layihəsi çərçivəsində nəşr edilmiş kitaba, müəllifin ingilis və Azərbaycan dilində “Qarabağsız”, “Bir ömrün tarixi”, “Qalmaz belə, qalmaz dünya”, “Yaza və yoza bilmədiyim yuxu”, “Rekviyem”, “Qaranlıqdan aydınlığa”, “Qara Məlik, Qara Qəzənfər və mən” kimi məşhur şeirləri daxil edilib.

Mərkəzdən APA-ya bildirilib ki, kitab xalq şairi Bəxtiyar Vahabzadənin Zakir Fəxri yaradıcılığı haqqında yazdığı “Poetik düşüncənin təzəliyi” və Afaq Məsudun “Cənab Söz” essesi ilə başlayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR