Xızıda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub

Xızıda Cəfər Cabbarlının 120 illik yubileyi qeyd olunub
# 10 iyun 2019 14:02 (UTC +04:00)

Görkəmli Azərbaycan dramaturqu, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi Cəfər Cabbarlının 120 illik yubileyi ilə əlaqədar Xızı rayonunda yerləşən ev muzeyində konfrans keçirilib.

APA-nın məlumatına görə, tədbir C.Cabbarlının Bakı şəhəri və Xızı rayonundakı ev muzeylərinin birgə təşkilatçılığı ilə baş tutub.

Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları - tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə, filologiya üzrə fəlsəfə doktorları - Nəzakət Məmmədova, Aytən Quliyeva və İradə Vəzirova yazıçının həyat və yaradıcılığı haqqında məruzələrlə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR