Xızıda Cəfər Cabbarlının xatirəsi anılıb

Xızıda Cəfər Cabbarlının xatirəsi anılıb
# 11 iyun 2019 16:00 (UTC +04:00)

Xızıda Cəfər Cabbarlının ev-muzeyində görkəmli ədibin xatirəsi anılıb. Tədbir Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi, Cəfər Cabbarlının Xızıda və Bakıda yerləşən ev-muzeylərinin birgə təşkilatçılığı ilə baş tutub.

İdarədən APA-nın yerli bürosuna bildirilib ki, tədbirə ev sahibliyi edən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyi üzrə baş məsləhətçisi Möhsün Bağırov və Bakıdakı Cəfər Cabbarlı ev-muzeyinin direktoru Qəmər Bağırova belə tədbirlərin önəmindən danışıblar.

Sonra söz-sənət ustalarının, elm və incəsənət xadimlərinin, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının tələbələrinin ədibin yaradıcılığı, zəngin ədəbi irsi, həyat yolu ilə bağlı çıxışları dinlənilib.

Daha sonra şagirdlərin ifasında Cəfər Cabbarlının şeirləri səslənib.

Məşhur kamança ifaçısı, Xalq artisti Şəfiqə Eyvazova və qızı Mehri Əsədullayevanın, Əməkdar artist Rəşad İlyasovun ifasında Cəfər Cabbarlının sözlərinə yazılmış mahnılar, xalq və bəstəkar mahnıları, o cümlədən instrumental musiqi və muğamlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR