“Yevgeni Onegin” romanının ilk nəşri London hərracında 580 min dollara satılıb

“Yevgeni Onegin” romanının ilk nəşri London hərracında 580 min dollara satılıb
# 10 iyul 2019 06:52 (UTC +04:00)

Aleksandr Puşkinin “Yevgeni Onegin” romanının ilk nəşri “Сhristie's” hərrac evinin Londonda keçirdiyi auksionda 467,3 min funt sterlinqə (580 min dollara) satılıb.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, satış evi iyulun 9-da keçirilən “Rus ədəbiyyatının qızıl əsəri” hərracında ümumilikdə 2,27 milyon funt sterlinq gəlir əldə edildiyini bildirib.

1825-ci ildə Sankt-Peterburqun Xalq Maarifi Departamenti tərəfindən çap olunan roman ilkin qiymətindən üç dəfə baha satılıb.

Nikolay Qoqolun “Dikanka yaxınlığında xutor axşamları” iki cildlik kitabının 1831-1832-ci illərdə çap olunmuş nadir nəşrinin satış qiyməti isə ilkin qiymətini iki dəfə üstələyib.

Londonda keçirilən hərraca ümumilikdə Avropada şəxsi kolleksiyalarda saxlanan 120 nadir çap nümunəsi, o cümlədən Mixail Lermontov, Fyodor Dostoyevski, Lev Tolstoy və digər müəlliflərin əsərləri çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR