"Zəif əzələ, güclü iradə" kitabının imza günü keçirilib

"Zəif əzələ, güclü iradə" kitabının imza günü keçirilib
# 07 sentyabr 2019 14:15 (UTC +04:00)

Bu gün "AkademKitab" kitab evində fiziki məhdudiyyətli, I qrup əlil Samir İmanovun yeni "Zəif əzələ, güclü iradə" kitabının imza günü keçirilib.

APA-nın məlumatına görə, tədbirdə tanınmış qələm sahibləri və yazarın oxucuları iştirak edib.

Şair, kitabın redaktoru Rasim Qaraca bildirib ki, Samir İmanovun kitab çap etdirməsi böyük qəhrəmanlıqdır.

Daha sonra tədbir iştirakçılarına "Zəif əzələ, güclü iradə" kitabı məlumat verilib. Samir İmanov bildirib ki, kitabda yer alan hekayə və şeirlərdə fiziki məhdudiyyətli şəxslərin qarşılaşdığı problemlərə toxunulub.

Sonda Samir İmanov oxucuları üçün kitabını imzalayıb.

Qeyd edək ki, "Zəif əzələ, güclü iradə" kitabı müəllifin çap olunmuş sayca 3-cü kitabıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR