Avropada qaz 12%-dək bahalaşıb

Avropada qaz 12%-dək bahalaşıb
# 21 yanvar 2023 11:08 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 760 ABŞ dollarına yaxınlaşıb.

APA-Economics” xəbər verir ki, 20 yanvar tarixində fevral fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 757,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (678 dollar) ilə müqayisədə 11,7% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR