Avropada qazın qiyməti 1 100 dollardan aşağı düşüb

Avropada qazın qiyməti 1 100 dollardan aşağı düşüb
# 27 dekabr 2021 12:12 (UTC +04:00)

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti bu ilin oktyabrın axırından ilk dəfə olaraq 1 100 ABŞ dollarından aşağı düşüb.

"APA-Economics"in məlumatına görə, 27 dekabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) yanvar fyuçerslərinin qiyməti 1 064 dollar təşkil edib. Günün əvvəlindən azalma 18%-ə bərabər olub.

Xatırladaq ki, dekabrın 21-də gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 2 190,4 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR