Avropada qazın qiyməti 475 dollardan yuxarı səviyyədə qərarlaşıb

Avropada qazın qiyməti 475 dollardan yuxarı səviyyədə qərarlaşıb
# 18 mart 2023 10:50 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 475 ABŞ dollarından yuxarı səviyyədə qərarlaşıb.

APA-Economics” xəbər verir ki, 17 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 475,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (486 dollar) ilə müqayisədə 2,1% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR