Azərbaycanda avtomobil yanacağının istehsalı azalıb - CƏDVƏL

Azərbaycanda avtomobil yanacağının istehsalı azalıb - CƏDVƏL
# 18 mart 2023 12:10 (UTC +04:00)

Bu ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 646,5 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,4% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 50,6%, neft koksunun istehsalı isə 12,8% artıb.

Məlumata görə, hesabat dövründə qazoylların (dizel yanacağının) istehsalı 0,6%, avtomobil benzininin istehsalı 3,7%, ağ neft istehsalı 7,5%, neft bitumu istehsalı 47,1%, mazut istehsalı isə 90,8% azalıb.

Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Azərbaycanda neft məhsullarının dinamikası:

Məhsul növləri

2023-cü il, yanvar-fevral

İllik müqayisə, %

Avtomobil benzini, min ton

216,8

96,3

Ağ neft, min ton

85,7

92,5

Dizel yanacağı, min ton

356

99,4

Yanacaq mazutu, min ton

3,1

9,2

Sürtkü yağları, min ton

12,2

150,6

Maye qazlar

45,7

93,6

Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton

168,7

77,5

ondan:

Neft bitumu, min ton

20,2

52,9

Neft koksu, min ton

41,4

112,8

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR