Britaniyada qazın qiymətləri ilə bağlı təcili danışıqlar aparılacaq

Britaniyada qazın qiymətləri ilə bağlı təcili danışıqlar aparılacaq
# 25 dekabr 2021 12:42 (UTC +04:00)

Böyük Britaniya hökuməti qazın topdansatış qiymətlərinin artmasının hesab xərclərini yüksəldəcəyi qorxusu fonunda bazar ertəsi enerji şirkətlərinin rəhbərləri ilə təcili danışıqlar aparacaq.

APA-Economics”in xəbərinə görə, bu barədə “Times” məlumat yayıb.

Daha əvvəl "Financial Times" xəbər vermişdi ki, Britaniya enerji şirkətləri ölkədə qazın bahalaşması ilə təhdid edilən “milli böhran” barədə xəbərdarlıq ediblər.

Londonda yerləşən “Good Energy”, “EDF” və “Energy UK” ticarət təşkilatı görünməmiş qiymət səviyyələri səbəbindən hökumətin təcili müdaxiləsini tələb ediblər.

“Times” qazın topdansatış qiymətlərinin soyuq hava şəraiti, Rusiyadan qazın ixracının az olması və Fransadakı atom elektrik stansiyalarında bir neçə reaktorun fəaliyyətinin dayandırılması səbəbindən artdığını vurğulayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR