Çin neft ehtiyatlarının bir hissəsini ABŞ-a satacaq

Çin neft ehtiyatlarının bir hissəsini ABŞ-a satacaq
# 14 yanvar 2022 14:14 (UTC +04:00)

Çin fevral ayında neft ehtiyatlarının bir hissəsinin satılmasına dair ABŞ-la razılığa gəlib.

"APA-Economics"in "Reuters"ə istinadən verdiyi məlumata görə, razılığa əsasən təqribən Çin Yeni ilinin qeyd olunduğu vaxtda (fevralın 1-i – red.) neft ehtiyatlarının bir hissəsini öz strateji ehtiyatlarından çıxaracaq.

Məlumata görə, müvafiq razılıq 2021-ci ilin sonlarında əldə edilib. Çinin çıxarması planlaşdırdığı neftin həcmi bəlli deyil, hərçənd bunun enerji daşıyıcılarının qiymətlərindən asılı olduğu deyilir. Belə ki, əgər neftin bir barelinin qiyməti 85 dollardan yuxarı olarsa, ehtiyatlardan daha çox həcmdə neft çıxarılacaq, qiymətin təxminən 75 dollar ətrafında qaldığı təqdirdə isə həcmlər daha aşağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR