Nazir: ""Yaşıl enerji" konsepsiyası çərçivəsində Azərbaycanın yanında olacağıq"

Fatih Dönmez

© APA | Fatih Dönmez

# 22 dekabr 2021 14:47 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunacaq "Yaşıl enerji" konsepsiyası çərçivəsində bundan sonra Türkiyə həm dövlət, həm də özəl sektorlarla Azərbaycanın yanında olacaq.

"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-Türkiyə 1-ci Enerji Forumunda çıxış edən Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz bildirib.

Öz çıxış nitqində nazir xalqlarımızın eyni soy-kökünə və qarşılıqlı bağlara malik olmasından qaynaqlanan Azərbaycan-Türkiyə əbədi qardaşlıq münasibətlərinin daha da inkişaf etdiyini bildirib.

"İşğaldan azad olunmuş ərazilərdə tətbiqi planlaşdırılan "Yaşıl enerji" konsepsiyası çərçivəsində bundan sonra da həm dövlət, həm də özəl sektorumuzla Azərbaycanın yanında olacağıq. Bu yolla həm regionda davamlı sülhün bərqərar olması, həm də işğaldan azad edilmiş rayonların yenidən qurulması üçün Azərbaycanla koordinasiyalı fəaliyyət göstərməyə davam edəcəyik. İnanıram ki, karbohidrogen sənayesi sahəsində birgə həyata keçirdiyimiz çoxsaylı uğurlu əməkdaşlıq təcrübələrinin bərpa olunan enerji sahəsinə transferi əlaqələrimizə yeni təkan verəcək", - nazir bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR