SWAP layihəsi çərçivəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb                                                                   

SWAP layihəsi çərçivəsində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanılıb                                                                   
# 22 dekabr 2021 12:52 (UTC +04:00)

BP şirkəti Abşeron Yarımadasının Dayazsulu Hissəsi (SWAP) layihəsinin operatoru olaraq bildirir ki, “Satti” özüqalxan qazma qurğusu ikinci geoloji-kəşfiyyat quyusunu qazmaq üçün Bibiheybət perspektiv sahəsinə keçirilmişdir. Qazma qurğusunun bundan əvvəl qazma əməliyyatları həyata keçirdiyi Şimal Xali sahəsindəki ilk kəşfiyyat quyusu ilkin layihə və plana uyğun olaraq bağlanmışdır.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, ikinci quyunun qazma əməliyyatları 11 dekabr tarixində başlanmışdır və təqribən dörd aya bitməsi planlaşdırılır.

Bundan sonra əgər qiymətləndirmə işləri aparmaq lazım gələrsə, kollektor haqqında əlavə məlumat toplamaq üçün qazma əməliyyatlarının daha bir ay davam edəcəyi də gözlənilir.

Məlumata görə, ikinci kəşfiyyat quyusunun qazma işləri Abşeron Yarımadasının Dayazsulu Hissəsi üzrə müqavilə sahəsinin qərb perspektiv hissəsində sahildən təqribən 1,5 km aralı suyun dərinliyi təqribən 7 metrə çatan ərazidə həyata keçirilir. Quyunun ümumi dərinliyinin 4 400 metrə çatacağı planlaşdırılır.

BP Abşeron Yarımadasının Dayazsulu Hissəsi layihəsinin operatorudur və hasilatın pay bölgüsü haqqında sazişdə (HPBS) 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR – 50% və "Lukoil" – 25%.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR