İqtisadiyyat nazirinə I müavin və müavin təyin olunub

Sahib Məmmədov, Rövşən Nəcəf

© APA | Sahib Məmmədov, Rövşən Nəcəf

# 24 dekabr 2021 15:11 (UTC +04:00)

Rövşən Nəcəf iqtisadiyyat nazirinin I müavini vəzifəsinə təyin olunub. Bundan əvvəl o, nazir müavini vəzifəsində çalışıb.

Nazirlikdən "APA-Economics"ə verilən məlumata görə, bununla bağlı dövlət başçısı müvafiq sərəncam imzalayıb.

Digər sərəncamla Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR