Ticarət və xidmət sahələrinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb

Ticarət və xidmət sahələrinin təkmilləşdirilməsi üçün təkliflər hazırlanıb
# 27 dekabr 2021 09:58 (UTC +04:00)

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iri ticarət və xidmət sahələrində fəaliyyət göstərən sahibkarlara fəaliyyətlərinin təkmilləşdirilməsi üçün kompleks tədbirlərin görülməsi ilə bağlı təkliflər verib.

Xidmətdən “APA-Economics”ə verilən məlumata görə, sektor nümayəndələri ilə təşkil olunan görüşdə bildirilib ki, istehlakçı müraciətlərinə operativ reaksiya vermək üçün bu sahədə məsul şəxslərin və reqlamentin müəyyən olunması, çağrı mərkəzlərinin fəaliyyətində effektivliyin artırılması vacib şərtlərdəndir. Bununla yanaşı, servis mərkəzlərində nasaz məhsula dair istehlakçıya təqdim edilən sənəddə rəy verən mütəxəssis və yoxlama üsulu haqqında ətraflı məlumat əks olunmalıdır.

Tədbirdə həmçinin, yerli onlayn ticarət platformaları barədə də fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu sahədə əsas problem anbarda mövcud olmayan məhsulların onlayn təklif edilməsidir. Sahibkarlara bildirilib ki, onlayn ticarət zamanı istehlakçılarla sənədləşmə proseduru daha təkmil aparılmalıdır, müştərilər alqı-satqı və zəmanət şərtləri ilə tanış olduqdan sonra məhsulu əldə etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR