ABŞ-ın Beyrutdakı konsulluğunun əməkdaşı Türkiyədə saxlanılıb

ABŞ-ın Beyrutdakı konsulluğunun əməkdaşı Türkiyədə saxlanılıb
# 22 dekabr 2021 13:41 (UTC +04:00)

İstanbulda ABŞ-ın Beyrutdakı konsulluğunun əməkdaşı həbs edilib.

APA-nın CNN-Türkə istinadən xəbərinə görə, o öz diplomatik pasportunu İstanbul Hava Limanında Suriya vətəndaşına verərək həmin şəxsin Türkiyəni tərk etməsinə yardım göstərməkdə təqsirləndirilir.

İstanbul aeroportunun kamera görüntülərində iki şübhəlinin hava limanında görüşdüyü, orada geyimlərini dəyişdiyi və Suriyalı şəxsin amerikalı diplomatdan xarici pasportu aldığı müəyyən edilib.

Hər iki şübhəli saxlanılıb. ABŞ vətəndaşının öz pasportunu 10 min dollar qarşılığında Suriya vətəndaşına satdığı iddia edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR