Aİ-nin Rusiyaya qarşı sanksiyalarına daha 8 ölkə qoşulub

Aİ-nin Rusiyaya qarşı sanksiyalarına daha 8 ölkə qoşulub
# 23 yanvar 2023 22:17 (UTC +04:00)

Avropanın 8 ölkəsi Rusiyaya qarşı sanksiyaya və neft qiymətlərinin maksimum qiymətlərinə qoşulub.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının bəyanatında bildirilib.

Bunlar Şimali Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, Ukrayna, həmçinin Avropa Azad Ticarət Zonası ölkələri - İslandiya, Lixtenşteyn və Norveçdir.

Bildirilib ki, bu dövlətlər Avropa İttifaqına qoşulmaq üçün qurumun sanksiya siyasətini dəstəkləyir.

Avropa azad ticarət zonası ölkələri Aİ-nin tətbiq etdiyi bütün ticarət məhdudiyyətlərinə əməl etməlidir, əks halda onlar boz ixrac zonasına çevrilə bilər.
Rusiya əleyhinə sanksiyalar tətbiq etməkdən ardıcıl olaraq imtina edən Serbiya Aİ üzvlüyünə yeganə namizəd olaraq qalır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR