Avropada inflyasiya artıb

Avropada inflyasiya artıb
# 28 dekabr 2021 06:31 (UTC +04:00)

Noyabrda avrozonada inflyasiya 4.9% olub. Bu da ay ərzində inflyasiyanın 0.8% yüksəldiyini göstərir.

APA-nın xəbərinə görə, bu məlumat Avropa Statistika Ofisi Avrostatın son hesabatında yer alır.

Avropa İttifaqında göstərici daha yüksəkdir : 5.2%. Burada aylıq əsasda artım da daha böyük rəqəmlə ifadə olunur. Belə ki, oktyabrda Avropa İttifaqında inflyasiya 4.4% təşkil edib. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə istər avrozonada, istərsə də ittifaqda inflyasiya hiss ediləcək qədər yüksək olub. Ay ərzində ən kiçik qiymət artımı 2.4%-lə Maltada və 2.6%-lə Portuqaliyada qeydə alınıb. Artım tempinə görə ilk sırada yenə də Baltikyanı ölkələr gəlir: Litva 9.3%, Estoniya 8.6%.

İnflyasiyada ciddi artımın səbəbi Avropada son 2 ayda müşahidə olunan enerji problemidir. Havaların soyuması ilə yanaşı qaz idxalının azalması enerji daşıyıcılarının kəskin bahalaşmasına səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR