Borrell Ukrayna ilə Rusiya Federasiyası arasında sülhün bağlanmasının əsas şərtlərini açıqlayıb

Cozep Borrel

© APA | Cozep Borrel

# 18 sentyabr 2022 18:13 (UTC +04:00)

“Müharibədən sonra hələ sülh müqaviləsinin bağlanması gələcək. Şərtlər arasında rusların Ukrayna ərazisindən çıxarılması, təcavüzkarın ölkənin bərpasına maliyyə töhfəsi, həmçinin hərbi cinayətlərə görə məsuliyyət daşıyanların mənəvi və cinayət əməlləri kimi tanınması olacaq”.

APA xəbər verir ki, bunu Fransanın “Journal du dimanche” qəzetinə Avropa diplomatiyasının rəhbəri Cozep Borrel deyib.

Onun sözlərinə görə, müharibə uzun müddət davam edə bilər və Rusiya prezidenti Vladimir Putin “könüllü təslim olmayacaq”.

"Biz Ukraynanın əhəmiyyətli hərbi və iqtisadi ehtiyaclarını ödəməklə ona dəstəyimizi artırmalıyıq. Çünki gəlin heç bir illüziyaya qapılmayaq. Putin könüllü olaraq təslim olmayacaq", - diplomat bildirib.

Bununla yanaşı, Borrell hərbi münaqişənin dayandırılması üçün şərtləri yalnız Ukrayna və ukraynalıların müəyyən etməli olduğunu vurğulayıb:

“Müharibə bitməzsə, ona son qoymaq ümidi, görünür, döyüş meydanında doğulur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR