Britaniya MN: Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləməsi sevindiricidir

Britaniya MN: Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləməsi sevindiricidir
# 17 mart 2023 20:00 (UTC +04:00)

"Türkiyənin Finlandiyanın NATO-ya daxil olmasını təsdiqləmək qərarı sevindirici xəbərdir".

APA xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib.

Nazir bildirib ki, ötən mayda Finlandiya və İsveç ilə ikitərəfli birgə təhlükəsizlik sazişləri imzalanması Böyük Britaniyanın hər iki ölkənin NATO-ya qəbulu zamanı və sonrasında təhlükəsizliyinə sarsılmaz sadiqliyini vurğulayır.

"İsveçin ən qısa zamanda qəbul olunmasını təmin etmək üçün Türkiyə ilə sıx işləyəcəyəm. Eyni zamanda Böyük Britaniya istənilən Rusiya təhlükəsinə qarşı İsveçlə çiyin-çiyinə dayanacaq", - Böyük Britaniyanın müdafiə naziri vurğulayıb.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR