Britaniya XİN başçısı Gürcüstanın işğal xəttinə gedib

Britaniya XİN başçısı Gürcüstanın işğal xəttinə gedib
# 17 mart 2023 17:51 (UTC +04:00)

Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Gürcüstanın işğal xəttinə səfər edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, Kleverli Baş nazirlə görüşdən sonra işğal xəttinə gedərək vəziyyətlə yerində tanış olub.

Onu Gürcüstan XİN başçısının birinci müavini Laşa Darsalia müşayiət edib. Kleverli eyni zamanda işğal zonasındakı kəndlərdən birinin orta məktəbini ziyarət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR