Britaniyada Pfizer vaksininin 5-11 yaşlı həssas qrupda olan uşaqlara vurulması tövsiyə edilib

Britaniyada Pfizer vaksininin 5-11 yaşlı həssas qrupda olan uşaqlara vurulması tövsiyə edilib
# 22 dekabr 2021 20:18 (UTC +04:00)

Britaniyada hökumət məsləhətçiləri 5-11 yaşlı həssas uşaqlara COVID peyvəndinin yeni pediatrik formulasının təklif edilməsini tövsiyə ediblər.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Peyvənd və İmmunlaşdırma üzrə Birgə Komitənin (JCVI) verdiyi açıqlama deyilib.

Bildirilib ki, peyvənd klinik risk qrupunda olan ya da xəstəliyə yoluxma riski yüksək olan insanlarla təmasda olan uşaqlara verilməlidir.

Bəyanatda deyilir ki, uşaqlara Pfizer-BioNTech COVID-19 peyvəndinin 10 mikroqramlıq dozası birinci və ikinci dozalar arasında səkkiz həftəlik fasilə ilə verilməlidir.

Qeyd edək ki, bu doza böyüklər üçün dozanın üçdə birinə təsadüf edir.

Digər 5-11 yaşlı uşaqlara vurulmaq üçün vaksinlə bağlı qərar Omicron ştamı ilə bağlı əlavə məlumatların nəzərdən keçirilməsindən sonra açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR