Çavuşoğlu: Seçim İsveçindir

Çavuşoğlu: Seçim İsveçindir
# 17 yanvar 2023 18:55 (UTC +04:00)

İsveç Prokurorluğunun PKK tərəfdarlarının Stokholmda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ölkəsini təhqir edən nümayişində cinayət maddəsinin olmadığını hesab etmək absurddur.

APA-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu iranlı həmkarı Hüseyn Əmir-Abdullahian ilə Ankarada keçirilən birgə mətbuat konfransı zamanı bildirib.

O qeyd edib ki, bu hadisə beynəlxalq hüquqa əsasən cinayətdir: “İsveç söz oyunları ilə bizi aldatdığını düşünürsə, onlar özlərini aldadırlar. Ya terrorçuların düzdüyü minaların qurbanı olacaqlar, ya da imzaladığımız memorandumun bəndlərini həyata keçirərək irəliləyəcəyik. Burada seçim İsveçindir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR