Çavuşoğlu: Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ən qısa zamanda imzalanmasının tərəfdarıdır

Çavuşoğlu: Türkiyə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin ən qısa zamanda imzalanmasının tərəfdarıdır
# 27 may 2023 00:48 (UTC +04:00)

Türkiyə Azərbaycan və Ermənistan arasında normallaşma prosesini dəstəkləyir və onlar arasında sülh müqaviləsinin tezliklə imzalanmasının tərəfdarıdır.

APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cümə günü NTV kanalının efirində deyib.

“Biz həmişə Azərbaycan və Ermənistan arasında normallaşma prosesini dəstəkləmişik. Hərtərəfli sülhü təmin etmək üçün ərazi bütövlüyünə hörmət edilməlidir. İki ölkə arasında Türkiyə ilə Ermənistan arasında münasibətlərə müsbət təsir edəcək sülh müqaviləsinin imzalanmasını faydalı hesab edirik” – diplomat vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR