Çernobılda AEBA-nın daimi missiyası açılıb - VİDEO

Çernobılda AEBA-nın daimi missiyası açılıb - VİDEO
# 18 yanvar 2023 17:44 (UTC +04:00)

Çernobılda Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) daimi missiyası açılıb.

APA xəbər verir ki, bu barədə AEBA-nın Baş direktoru Rafael Qrossi "Twitter" hesabında məlumat verib.

Missiyanın açılış mərasimində iştirak etmək üçün Qrossi özü də Ukraynaya səfər edib.

“Bu gün mən AEBA-nın Çernobılda Dəstək və Yardım Missiyasını işə saldım. Mütəxəssislərimiz bu son dərəcə çətin zamanda nüvə təhlükəsizliyinə yardım göstərmək üçün Ukraynanı bütün AES-lərində olacaqlar”, - o bildirib.

AEBA-nın Baş direktoru deyib ki, Çernobıl AES işğaldan sonra artıq öz normal vəziyyətinə qayıdıb və AES əsas funksiyalarının əksəriyyətini artıq həyata keçirir.

Rafael Qrossi vurğulayıb ki, AEBA-nın daimi missiyasının bura yerləşdirilməsi beynəlxalq ictimaiyyəti vəziyyət barədə məlumatlandırmaq və ehtiyac olduğu təqdirdə vacib addımlar atmaq üçün önəmlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR