Co Bayden Kraliça II Elizabetin cənazəsini ziyarət edib

Co Bayden Kraliça II Elizabetin cənazəsini ziyarət edib
# 18 sentyabr 2022 20:07 (UTC +04:00)

Amerika Birləşmiş Ştatları Prezidenti Co Bayden Kraliçanın cənazəsini ziyarət edib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, Prezident Co Bayden “Westminster Hall”da Kraliçanın cənazəsini ziyarət edib.

ABŞ prezidenti cənazəyə baxarkən əlini ürəyinin üzərinə qoyub.

O, daha sonra Kral Çarlz, kralliyət ailəsinin digər üzvləri və dünyanın müxtəlif ölkələrindən olan nüfuzlu şəxslərlə bir araya gələcək.

Qeyd edək ki, Kraliça II Elizabetin rəsmi dəfn mərasimi sentyabrın 19-da baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR