Ərdoğan NATO-nun baş katibi ilə telefonla danışıb

Ərdoğan NATO-nun baş katibi ilə telefonla danışıb
# 17 mart 2023 21:23 (UTC +04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun baş katibi Yens Stoltenberqlə telefonla danışıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Finlandiya və İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı proseslər müzakirə edilib.

Prezident Ərdoğan Finlandiyanın bu prosesdə tutduğu mövqe ilə İsveçdən müsbət şəkildə fərqləndiyini ifadə edib.

Bundan əlavə, o, qeyd edib ki, ölkəsi İsveçlə danışıqları yaxşı niyyətlə davam etdirmək əzmindədir və prosesin necə gedəcəyi İsveçin atacağı konkret addımlarla birbaşa bağlı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR