Finlandiya Türkiyəyə hərbi ixrac icazəsi verib

Finlandiya Türkiyəyə hərbi ixrac icazəsi verib
# 26 yanvar 2023 03:29 (UTC +04:00)

Finlandiya 4 ildən sonra Türkiyə üçün hərbi malların ixrac lisenziyasını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Finlandiya müdafiə nazirinin xüsusi müşaviri Riika Pitkanen çıxış edib.

Hərbi ixracın bərpası Finlandiya və İsveçin NATO-ya üzvlük prosesinin təsdiqi üçün qoyulan şərtlərdən biri idi.

Bildirilib ki, Finlandiya tərəfindən verilən ixrac lisenziyası poladın zirehlərdə istifadə edilməsidir.

Xatırladaq ki, Finlandiya 2019-cu ildən Türkiyəyə yeni hərbi ixrac lisenziyalarının verilməsini dayandırmışdı.

Hərbi ixracın bərpası Ankaranın hazırda gözlənilən Finlandiya və İsveçin NATO-ya üzvlük prosesini təsdiqləmək üçün qoyduğu şərtlərdən biri idi.
Ötən ilin sentyabrında İsveç Türkiyəyə hərbi mal ixracına qoyulan qadağanı aradan qaldırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR