G7 ölkələrinin XİN rəhbərlərinin görüşü mayda Almaniyanın şimalında keçiriləcək

G7 ölkələrinin dövlət bayraqları

© APA | G7 ölkələrinin dövlət bayraqları

# 15 yanvar 2022 18:24 (UTC +04:00)

Bu ilin mayın 12-14-də Almaniyada Yeddilik Qrupunun (G7) sədrliyi altında xarici işlər nazirlərinin görüşü keçiriləcək.

APA xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi hökumətdəki mənbələrə istinadən yazır.

Görüş Baltik dənizində yerləşən Vanqels kommunasında (Şlezviq-Holşteyn federal əyaləti) baş tutacaq. Danışıqlar 2015-ci ildə yenidən hotelə çevrilmiş Vaysenhaus (Weissenhaus) qəsrində keçiriləcək.

Almaniyanın G7-yə əvvəlki sədrliyi dövründə xarici işlər nazirləri Lübek şəhərində görüşüblər.

G7 ölkələrinin liderlərinin görüşünə gəldikdə, tədbir iyunun 26-28-də Almaniyanın 2015-ci ildə G7 sammitinə ev sahibliyi etdiyi Elmau qəsrində keçiriləcək. Elmau, Almaniya hökumətinin fikrincə, ilk növbədə təhlükəsizlik baxımından ən uyğun yerdir.

Tədbirin təşkili xərcləri 166 mln. avrodan çox olacağı deyilir. Bu, 2015-ci ildə analoji tədbirin keçirilməsinə sərf olunan vəsaitdən 31 mln. avro çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR