Gürcüstanda 10 gün iş olmayacaq

Gürcüstanda 10 gün iş olmayacaq
# 22 dekabr 2021 12:57 (UTC +04:00)

Gürcüstanda Yeni il bayramı ilə əlaqədar yanvarın 1-dən 10-dək qeyri-iş günü elan edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Qurumlararası Koordinasiya Şurasının iclasında qərar qəbul edilib.

Bildirilib ki, qərar dövlət müəssisələrinə şamil edilir, özəl müəssisələr məsələ ilə bağlı özləri qərar qəbul edə bilərlər.

Gürcüstan məktəblərində tətil isə dekabrın 29-dan yanvarın 17-dək tətbiq ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR