Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insidentə görə 3 nəfər saxlanılıb

Gürcüstanda azərbaycanlıların yaşadığı kənddə silahlı insidentə görə 3 nəfər saxlanılıb
# 22 dekabr 2021 11:02 (UTC +04:00)

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Qaratəhlə kəndində baş verən silahlı insidentlə əlaqədar üç nəfər saxlanılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata görə, polisin apardığı operativ əməliyyat-istintaq tədbirləri nəticəsində 1995-ci il təvəlllüdlü F.A., 1998-ci il təvəllüdlü E.M. və 2001-ci il təvəllüdlü K.O. saxlanılıb. Saxlanılan şəxslərlə bağlı odlu silahların qanunsuz əldə edilməsi və saxlanılması, qrup şəklində qəsdən adam öldürməyə cəhd maddələri üzrə cinayət işi açılıb.

Xatırladaq ki, hadisə dekabrın 20-də, gecə saatlarında baş verib. Qaratəhlə kəndində park halındakı avtomobilində əyləşmiş gəncə yaxınlıqdakı avtomobildən naməlum şəxslər tərəfindən 20 dəfə atəş açılıb. Ağır bədən xəsarətləri alan gənc təcili Rustavi Şəhər Xəstəxanasına aparılıb və dərhal əməliyyat edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR