Ukrayna Ali Məhkəməsinin keçmiş sədri həbs edilib

Ukrayna Ali Məhkəməsinin keçmiş sədri həbs edilib
# 19 may 2023 00:28 (UTC +04:00)

Ali Antikorrupsiya Məhkəməsi Ukrayna Ali Məhkəməsinin keçmiş sədri Vsevolod Knyazev barəsində 60 sutka həbs qətimkan tədbiri seçib.

APA xəbər verir ki, o, 100 milyon qrivna (2,7 milyon dollar) girov müqabilində azadlığa çıxa bilər.

Knyazev rüşvətxorluqda ittiham olunur. O, mayın 15-də ukraynalı milyarder Konstantin Jevaqodan 2,7 milyon dollar rüşvət alması ilə bağlı cinayət işi çərçivəsində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR