İspaniyada qatar dörd nəfəri vuraraq öldürüb

İspaniyada qatar dörd nəfəri vuraraq öldürüb
# 11 sentyabr 2023 08:05 (UTC +04:00)

İspaniyanın Barselona şəhərində qatar relslərin üzərindən keçməyə çalışan insanları vurub.

APA xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Şəhərlərarası marşurut üzrə hərəkət edən qatar piyada üçün nəzərdə tutulmayan yerdən keçməyə çalışan yeddi nəfəri vurub.

Hadisə nəticəsində dörd nəfər ölüb.

Qeyd olunub ki, həmin şəxslər yaxınlıqdakı konsert proqramına gedirmiş.

Qəza ilə bağlı "R3" şəhərlərətrafı qatarların hərəkəti müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR