İspaniyada vulkan püskürməsi 86 gün sonra başa çatıb

La Palma

© APA | La Palma

# 25 dekabr 2021 20:30 (UTC +04:00)

İspaniyanın Palma adasındakı (Kanar adaları) Kumbre Vyexa vulkanının püskürməsi başa çatıb.

APA-nın “Le Matin” saytına istinadla xəbərinə görə, bu barədə seysmoloqlar mətbuat konfransında məlumat veriblər.

Alimlər bildiriblər ki, ərazidə heç bir ciddi seysmik fəallıq və qaz axını müşahidə olunmur. Son 10 gündə vulkanda heç bir aktivlik qeydə alınmayıb. Bununla belə, vulkanın fəsadlarının aradan qaldırılması üçün aylarla vaxt lazım gələcək.

Ekspertlər eyni zamanda adanın havasında zəhərli qazların konsentrasiyasının hələ də yüksək olduğu qənaətindədirlər.

Qeyd edək ki, bu, adada son 50 ildə ən uzunmüddətli vulkan püskürməsidir. 19 sentyabrda başlayan püskürmə kiçik fasilələrlə 85 gün 18 saat davam edib. 1250 hektar ərazi lava altında qalıb, adaya 1 milyard avro ziyan dəyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR