KİV: Kraliça II Yelizaveta 1983-cü ildə ABŞ-da sui-qəsd təhlükəsi ilə üzləşibmiş

KİV: Kraliça II Yelizaveta 1983-cü ildə ABŞ-da sui-qəsd təhlükəsi ilə üzləşibmiş
# 26 may 2023 13:27 (UTC +04:00)

Kraliça II Yelizaveta 1983-cü ildə ABŞ-a səfəri zamanı potensial sui-qəsd təhlükəsi ilə üzləşib.

APA-nın Britaniya bürosunun “BBC”yə istinadən xəbərinə görə, bu barədə FBI (Federal Təhqiqatlar Bürosu) məlumat yayıb.

Federal Təhqiqatlar Bürosu mərhum Kraliçanın keçən il ölümündən sonra ABŞ-a səfərləri ilə bağlı sənədlərin tarixçələrini açıqlayıb. Bildirilib ki, Kraliçaya təhdid IRA (İrlandiya Respublika Ordusu) tərəfindən gəlib.

Məlumata görə, San-Fransiskoda irlandlara məxsus əyləncə mərkəzinə tez-tez baş çəkən bir məmur federal agentlərə məkanda tanış olduğu bir nəfər barədə xəbərdarlıq edib. Məmur həmən şəxsin ona Şimali İrlandiyada rezin güllə ilə öldürülən qızı üçün qisas almaq istədiyini deyib:

"O, Kraliça Elizabetə zərər verməyə cəhd etmək niyyətində idi və bunu ya Qızıl Qapı Körpüsünün altından keçərkən Kral Yaxtasına bir şey ataraq, ya da Kraliça Elizabeti Yosemit Milli Parkını ziyarət edərkən onu öldürməyə cəhd edəcəkdi",- deyə sənəddə qeyd olunub.

FBI tərəfindən həmən hadisəyə görə kimlərinsə həbs edilib-edilmədiyi barəsində məlumat verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR