Latviya 35 Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub

Latviya 35 Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub
# 17 mart 2023 17:06 (UTC +04:00)

Latviya hökuməti Ukraynadakı müharibəyə dəstək verdikləri üçün 35 Rusiya vətəndaşının ölkəyə girişinə qadağa qoyub.

APA xəbər verir ki, bu barədə Latviya XİN mətbuat xidməti bildirib.

Nazirliyin məlumatına əsasən, həmin şəxslərin ölkəyə girişi qeyri-müəyyən müddətə qadağan olunub.

Qeyd edək ki, Latviyaya girişi qadağan olunan şəxslərin siyahısında “Luqansk Xalq Respublikası”nın Moskvadakı keçmiş səfiri Rodion Miroşnik, rusiyalı ifaçılar Natalya Kaçura, Nadejda Babkina, Aleksandr Marşal, teleaparıcılar Yuliya Baranovskaya, Ruslan Ostaşko, bir sıra aktyorlar, politoloqlar Yevgeniy Satanovskiy, Gevorq Mirzəyan, jurnalistlər Mixail Şahnazarov və Yuliya Vityazevanın adları yer alır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR