Moskva NATO-dan dialoqa başlamaq üçün təklif alıb

Moskva NATO-dan dialoqa başlamaq üçün təklif alıb
# 24 dekabr 2021 14:39 (UTC +04:00)

Rusiya NATO-dan yanvarda Rusiya-NATO Şurasının keçirilməsi ilə bağlı təklif alıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

Zaxarova ölkəsinin təhlükəsizlik zəmanətləri ilə bağlı NATO ilə birbaşa dialoqa hazır olduğunu söyləyib: “Hal-hazırda Rusiya-NATO dialoqunun formatı və modallığı işlənib hazırlanır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR