“Omicron” ştamı 106 ölkədə aşkarlanıb

“Omicron” ştamı 106 ölkədə aşkarlanıb
# 22 dekabr 2021 08:08 (UTC +04:00)

Koronavirusun “Omicron” ştamı 106 ölkədə aşkarlanıb.

APA-nın xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Qeyd olunub ki, bu günədək yeni ştam 106 ölkədə qeydə alınıb. “Omicron” variantı ilə bağlı ümumi risk çox ciddidir. Hələlik dünyada yoluxmaların cəmi 1.6%-i bu ştama aiddir. Hazırda dünyada koronavirusun əsas variantı 96%-lə “Delta”dır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR