Prezident: Finlandiya Ukrayna ordusuna təlim keçməyə və tank verməyə hazırdır

Prezident: Finlandiya Ukrayna ordusuna təlim keçməyə və tank verməyə hazırdır
# 24 yanvar 2023 20:57 (UTC +04:00)

Finlandiya Ukraynanın ehtiyacları üçün Avropada böyük tank divizionu yaratmaq və Ukrayna hərbçilərinə təlim keçməyə hazırdır.

APA-nın məlumatına görə, bunu Kiyevdə Ukrayna prezidenti Vladimir Zelenski ilə görüş zamanı Finlandiya prezidenti Sauli Niinisto deyib.

Müvafiq videoçarx Ukrayna liderinin Telegram kanalında yayımlanıb.

Niinisto əlavə edib ki, Helsinki Ukrayna qoşunlarının ehtiyacları üçün tank divizionunun yaradılmasına töhfə verəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR