Serbiya ordusu Kosovonun inzibati sərhədinə yaxınlaşıb

Serbiya ordusu Kosovonun inzibati sərhədinə yaxınlaşıb
# 26 may 2023 17:15 (UTC +04:00)

Serbiya ordusu Kosovonun inzibati sərhədinə yaxınlaşıb.

APA xəbər verir ki, bu barədə məlumatı Serbiya Baş nazirinin müavini və müdafiə naziri Miloş Vuçeviç təsdiqləyib.

Buna səbəb kimi bu gün səhərdən etibarən Kosovonun şimalında xüsusi təyinatlılarla serblər arasında toqquşmanın baş verməsi və vəziyyətin gərginləşməsi göstərilib.

Qeyd edək ki, Kosovonun şimalında Kosovo xüsusi təyinatlıları ilə serblər arasında toqquşma baş verib. Xüsusi təyinatlılar Zvecan rayonunda səs qumbaralarından istifadə edib, atışma səsləri eşidilib, polis maşını yandırılıb.

Kosovonun Mitrovitsa, Leposaviç, Zubin-Potok şəhərlərində yerli hökumət binalarına polisin zirehli maşın kolonları cəlb edilib.

KİV-də yayılan qeyri-rəsmi məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var, onların bir qismi Şimali Mitrovitsadakı klinik mərkəzə aparılıb.

Bunun ardınca Serbiya Prezidenti Aleksandar Vuçiç mövcud vəziyyətlə əlaqədar ordunun maksimum hazırlıq vəziyyətinə gətirilməsi barədə göstəriş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR