Tbilisidə Gürcüstanın Müstəqillik Günü münasibətilə hərbi parad keçirilib - FOTO

Tbilisidə Gürcüstanın Müstəqillik Günü münasibətilə hərbi parad keçirilib - FOTO
# 26 may 2023 13:40 (UTC +04:00)

Gürcüstanın paytaxtı Tbilisidə 26 May Müstəqillik Günü münasibətilə pandemiyadan sonra ilk hərbi parad keçirilib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstan Prezidentinin, Baş nazirinin, parlament sədrinin eləcə də digər dövlət və hökumət rəsmilərinin iştirak etdiyi tədbirə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ən mötəbər xarici qonaq qismində qatılıb.

Heydər Əliyev adına Ali Hərbi Məktəbin Hərbi Orkestri də paradda çıxış edib.

Hərbi orkestrin ifa etdiyi "Əsgər marşı", "Mehtər marşı" və digər kompozisiyalar paytaxt sakinləri tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Aviasiya vasitələrinin də istifadə edildiyi paradda Gürcüstan Silahlı Qüvvələrinin arsenalındakı bir sıra artilleriya vasitələri və texnikalar, eləcə də yerli istehsal "Didqori" zirehli nəqliyyat vasitəsi nümayiş etdirilib.

Azadlıq meydanında təşkil edilmiş parada on minlərlə şəhər sakini tamaşa edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR