TDT: Türkiyə taxıl daşınması məsələsində effektiv diplomatiya yürüdür

Ömer Kocaman

© APA | Ömer Kocaman

# 31 oktyabr 2022 16:56 (UTC +04:00)

TDT-yə üzv ölkələr, xüsusən də, Türkiyə və onun lideri Rəcəb Tayyib Ərdoğan taxıl daşınması məsələsində effektiv diplomatiya yürüdür. Bu da dünyada və bölgədə sülh üçün çox önəmlidir.

Bu barədə APA-nın İstanbul müxbirinə açıqlamasında Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibinin müavini Ömer Kocaman bildirib.

“Biz bu prosesin müsbət nəticələnəcəyinə inanırıq. TDT olaraq bu və bənzər prosesləri yaxından izləyirik. Yaxın zamanlarda Türk dünyasında baş verəcək proseslərə uyğun siyasəti müəyyən etmək üçün mövcud mexanizmlərimiz çərçivəsində çalışırıq”, - o qeyd edib.

Kocaman əlavə edib ki, noyabrın 11-də Səmərqənddə baş tutacaq liderlər zirvəsi və bir gün öncə keçiriləcək TDT XİN rəhbərlərinin iclası çərçivəsində bütün cari regional məsələlər müzakirə olunaraq, qərarlar veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR