Ukrayna HHQ: Rusiya ordusu hücumları intensivləşdirib

Yuriy İqnat

© APA | Yuriy İqnat

# 26 may 2023 11:04 (UTC +04:00)

Rusiya Silahlı Qüvvələri hücumları intensivləşdirib.

APA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin (SQ) Hərbi Hava Qüvvələri (HHQ) komandanlığının nümayəndəsi Yuri İqnat milli telemarafonun efirində deyib.

İqnatın sözlərinə görə, Rusiya ordusu hücumları intensivləşdirib, lakin hücumlar genişmiqyaslı deyil.

Ötən gecə Rusiyaya məxsus hədəflərin hamısını vurmaq mümkün olmayıb, çünki müxtəlif növ silahlardan istifadə edilib.

Həmçinin əlavə olunub ki, S-300, S-400 idarəolunan zenit raketlərindən istifadə olunub və hücum istiqaməti qərbdən şərqə dəyişdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR