Ukrayna ordusu Soledarı tərk edib

Ukrayna ordusu Soledarı tərk edib
# 25 yanvar 2023 16:22 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri (SQ) şəxsi heyətin həyatını xilas etmək üçün Donetsk vilayətindəki Soledar şəhərindən geri çəkilib.

APA UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun sözçüsü Sergey Çerevatı bildirib.

O qeyd edib ki, ordu əvvəlcədən hazırlanmış müdafiə xəttində möhkəmlənib: “Ordu əsas tapşırığı yerinə yetirib. Biz düşmənə imkan vermədik ki, döyüşlər gedən ərazinin Donetsk istiqamətindəki hissəsində sistemli şəkildə cəbhə xəttini yarıb keçə bilsin. Döyüşlər zamanı düşmən xeyli texnika və canlı qüvvə itirib”.

Çerevatı onu da əlavə edib ki, Ukrayna hərbçilərinin mühasirəyə alınması və ya əsir götürülməsinə imkan verilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR