Ukrayna XİN: Baxmutun itirilməsi digər şəhərlər üzərində nəzarəti təhlükə altına qoya bilər

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 17 mart 2023 16:41 (UTC +04:00)

Baxhmut şəhərinin itirilməsi Ukrayna Silahlı Qüvvələrinin digər şəhərlər üzərində nəzarətini təhlükə altına qoya bilər.

APA xəbər verir ki, bunu Ukrayna XİN rəhbəri Dmitri Kuleba bu gün Böyük Britaniyanın BBC kanalına müsahibəsində deyib.

O qeyd edib ki, Baxmutun müdafiəsi həmçinin, emosional baxımdan çox vacibdir, şəhərin itirilməsi həm də ağır mənəvi zərbə vura bilər: “Biz Baxmutun müdafiəsi üçün fiziki cəhətdən bacardığımız qədər döyüşməliyik".

XİN rəhbəri bir daha xatırladıb ki, Ukraynanın Qərb müttəfiqləri hərbi dəstəyin verilməsində kifayət qədər operativlik nümayiş etdirmirlər, çünki onlar Birinci Dünya müharibəsi miqyasında olan bir müharibəyə hazır deyildilər:

“Kiyev müttəfiqlərinin daha sürətli addımlar atmasını istəyir. Ukraynaya Qərbdən artilleriya mərmiləri lazımdır ki, onları ilk növbədə Baxmutdakı ordu bölmələrinə göndərsin”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR