Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına münasibət bildirib

Zelenski Beynəlxalq Cinayət Məhkəməsinin Putinlə bağlı qərarına münasibət bildirib
# 18 mart 2023 01:02 (UTC +04:00)

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsində işin real perspektivə malik olduğuna əmindir.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Zelenski ukraynalılara axşam videomüraciətində deyib.

“Bu gün beynəlxalq ədalətin ciddi qərarı var. Real perspektivin olduğu bir halda. Beynəlxalq Cinayət Məhkəməsi Putinin həbsinə order verib. Tarixi məsuliyyətin başlayacağı tarixi qərar. Terrorçu dövlətin başçısı və daha bir Rusiya rəsmisi rəsmən hərbi cinayətdə şübhəli bilinib. Ukraynalı uşaqların deportasiyası - minlərlə övladımızın terrorçu dövlətin ərazisinə qanunsuz köçürülməsidir”, - deyə Ukrayna lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR