Zelenskinin ofisinin rəhbəri Ərdoğanın sözçüsü ilə telefonla danışıb

Zelenskinin ofisinin rəhbəri Ərdoğanın sözçüsü ilə telefonla danışıb
# 26 may 2023 17:42 (UTC +04:00)

Ukrayna Prezident Administrasiyasının rəhbəri Aleksandr Yermak Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın ilə telefon danışığı aparıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Yermak bu barədə “Twitter” hesabında paylaşım edib.

“İbrahim Kalın Ukraynanın G7 sammitində uğuru münasibətilə təbrik etdi. Biz Prezident Zelenskinin Sülh Formulasının Türkiyə tərəfindən dəstəklənməsini də müzakirə etdik”.

;
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR