Azərbaycanda pikap və elektromobillər buraxılacaq - İLK DƏFƏ

Azərbaycanda pikap və elektromobillər buraxılacaq - İLK DƏFƏ
# 13 iyun 2022 10:48 (UTC +04:00)

Bu ildən Naxçıvan Avtomobil Zavodunda Çin markası pikap və elektromobillərin yığılmasına başlanacaq.

Bu barədə "APA-Economics"ə açıqlamasında Zavodun daxil olduğu "Cahan Holding"dən bildirilib. Məlumata görə, zavodda ilk dəfə olaraq bu ilin sentyabr ayından "ZX Avto" markasına aid pikapların yığılması planlaşdırılır. Avtomobilin hissələri əsasən Çindən gətiriləcək. Bir neçə ehtiyat hissəsinin Azərbaycanda hazırlanması üçün Çin şirkətinə müraciət edilib.

Naxçıvan Avtomobil Zavodunda elektromobil istehsalına gəlincə, bildirilib ki, nümunə üçün artıq 7-8 Çin markası Azərbaycana gətirilib. Amma hələlik istehsal ediləcək marka təsdiqlənməyib: "Elektromobil markası seçildikdən sonra 7-8 nəfər sərnişin tutumlu miniven, sedan və xeçbek tipli elektromobilin yığılması planlaşdırılır".

Qeyd olunub ki, istehsalın artırılması Bakıda elektromobillər üçün infrastrukrun genişləndirilməsindən asılı olacaq: "Bakıda elektrikdoldurma məntəqələrinin artırılması planlaşdırılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu istiqamətdə addımlar atacağını gözləyirik".

Elektromobillərin servis məsələsinə gəlincə, artıq "Cahan Motors" Bakıda elektromobillərin servis mərkəzinin yaradılması ilə bağlı işlərə başlayıb.

Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu bundan əvvəl Çin markası, "Lifan" avtomobillərin yığılmasını həyata keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR