Azərbaycanın Britaniyaya ixracı üç dəfəyədək artıb

Azərbaycanın Britaniyaya ixracı üç dəfəyədək artıb
# 22 dekabr 2021 16:20 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanla Böyük Britaniyanın arasında ticarət dövriyyəsinin həcmi 589,848 ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 46,3% çoxdur.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 339,383 mln. dollar təşkil edib ki, bu da illik müqayisədə 2,6 dəfə çoxdur. İdxal isə 250,464 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 8,6% azdır.

Nəticədə, 2021-ci ilin ilk on bir ayında 88,919 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. Xatırladaq ki, ötən ilin eyni dövründə ticarət saldosu mənfi idi və 144,640 mln. dollara bərabər idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR