Banklar valyuta hərracında 121 mln. dollar cəlb edib

Banklar valyuta hərracında 121 mln. dollar cəlb edib
# 28 dekabr 2021 12:35 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 120,9 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (23 dekabr 2021-ci il tarixində keçirilib – red.) müqayisədə 7,6% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR